“Dil
və mədəniyyət”
Beynəlxalq elmi konfrans
Ukraynanın paytaxtı Kiyevdə “Dil və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli və institutun nəzəri və tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru C.Babayev tədbirdə məruzə ilə çıxış ediblər.
Üç
gün davam edən
konfransın materiallarına ümumilikdə 780 məruzə daxil edilib. Konfrans
çərçivəsində Azərbaycan alimləri Ukrayna və digər ölkələrin elm adamları ilə görüşlər də
keçiriblər. Elmi əlaqələrin
yaradılması, kadrların yetişdirilməsi, birgə
elmi-tədqiqat işlərinin aparılması, təcrübə
mübadiləsi və digər məsələlər
müzakirə olunub.
Mədəniyyət.- 2013.- 5 iyul.-
S. 12.