Azərbaycan haqqında film festival qalibləri sırasında

 

   İtaliyanın Pulya bölgəsinin Leççe şəhərində bu ölkənin Prezidenti Corcio Napolitanonun himayəsi ilə Beynəlxalq Turizm Filmləri Festivalı keçirilib. 9-23 iyun tarixində gerçəkləşən festivalda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə italiyalı rejissor Daniele Carminatinin çəkdiyi "Azərbaycan, odlar ölkəsi" adlı filmiştirak edib. Ölkəmizin gözəlliklərindən bəhs edən ekran əsəri festivalın qalibləri sırasına daxil olub. Beynəlxalq Turizm Filmləri Festivalı 1962-ci ildən ənənəvi olaraq keçirilirbuilki müsabiqədə 150 film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 2.