Ölkəmiz Montrö caz festivalında təmsil olunur

 

   İyulun 4-də İsveçrənin Montrö şəhərində 47-ci beynəlxalq caz festivalı başlanıb. Builki festival Azərbaycandan müğənni Sevda Ələkbərzadə iştirak edir. Müğənni festival çərçivəsində keçiriləcək “Music in the park” proqramında çıxış edəcək.

   Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) artıq ikinci ildir ki, beynəlxalq musiqi tədbirləri sırasında özünəməxsus yeri olan Montrö caz festivalının tərəfdaşıdır.

   Şirkət festival fondu ilə məhsuldar əməkdaşlıq nəticəsində məşhur Montrö gitara yarışmasını bərpa etməyə nail olub. Bu il gitara yarışması rəsmi müsabiqə proqramına daxil ediləcək.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 2.