TÜRKSOY rəssamları
bir araya gətirib
2013-cü ilin “Türk dünyası mədəniyyət
paytaxtı” olan Əskişəhərdə 16-cı
TÜRKSOY “Rəssamlar görüşü”
keçirilir. Görüş
TÜRKSOY-un 20 illik yubileyi münasibətilə tədbirlər
çərçivəsində Türk İşbirliyi və Koordinasiya
Agentliyi (TİKA) tərəfindən təşkil
olunub. “Rəssamlar görüşü”ndə
18 ölkədən fırça ustaları, o
cümlədən Azərbaycandan Məhsəti İbrahimova iştirak edir. Rəssamların ərsəyə gətirdiyi
əsərlər iyulun 14-17-də sənətsevərlərə
təqdim olunacaq. 1997-ci ildən ənənəvi
olaraq təşkil olunan
TÜRKSOY “Rəssamlar görüşü”nə indiyədək
200-dən çox rəssam
qatılıb.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 2.