Şahdağturizm kompleksiAndorra şirkəti arasında saziş imzalanıb

 

Kompleksin ərazisindəki üç hotelin idarəçiliyi 3 il müddətinə “PGI Management” şirkətinə verilib

  

   İyulun 9-da “Şahdağ” Qış-Yay Turizm Kompleksi və Andorranın “PGI Management” şirkəti arasında saziş imzalanıb. SənədiŞahdağkompleksinin direktoru Emin Həşimov “PGI Management”in prezidenti Con Viladomat imzalayıblar. Sazişə əsasən, “ŞahdağQış-Yay Turizm Kompleksinin ərazisindəkiZirvə”, “Gaya Residence” iShahdag Hotel&SPAmehmanxanalarının idarəçiliyi 3 il müddətinə “PGI Management” şirkətinə verilib.

   1955-ci ildən fəaliyyət göstərən “PGI Management” şirkəti Andorranın ən böyük turizm operatoru turizm kurortlarının sahibidir. Şirkət ildə 5 milyon turistə xidmət göstərir, Portuqaliya, İspaniya, Rusiya digər ölkələrdə mehmanxana biznesinə malikdir.

   2012-ci ilin noyabrından 2013-cü ilin martında qış mövsümü başa çatanadək “PGI Management” şirkəti “Şahdağ” Qış-Yay Turizm Kompleksində texniki xidmətlərə rəhbərliyi həyata keçirib. Ötən mövsüm Andorra şirkəti əməkdaşlarının süni qaryağdırma sistemlərinin, kanat yollarının idarəsi, dağ-xilasetmə xidməti və yerli mütəxəssislərin hazırlanması sahəsində yüksək peşəkarlıq səviyyəsini göstərib. Bununla bağlı “PGI Management” şirkətinin kompleksdə fəaliyyətinin genişləndirilməsi barədə qərar qəbul olunub.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 2.