Musiqiçilərimiz Tacikistanda beynəlxalq festivalda

 

   Tacikistanın Dağ Bədəxşan Muxtar Vilayətinin mərkəzi Xaroq şəhərində “Dünyanın damı” V beynəlxalq musiqi festivalı keçirilir. Festivalda Azərbaycan, Qazaxıstan, Çin Xalq Respublikası, Əfqanıstan, Pakistan, Qırğızıstan və digər ölkələrdən müğənni və rəqqaslar iştirak edirlər.

   Musiqi bayramında ölkəmizi “Qarabağmuğam qrupu təmsil edir. Xalq artisti Mənsum İbrahimov və xanəndə Aytən Məhərrəmovanı əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Sultan Əliyev (nağara) müşayiət edir. Musiqiçilərimiz xalq mahnıları və muğamlarımızı təqdim edəcəklər.

   Festival proqramına ustad dərsləri, iştirakçı ölkələrin adət-ənənələri, musiqisi və mədəniyyəti haqqında sənədli filmlərin nümayişidaxildir.

   Xatırladaq ki, bu ilin may ayında Xalq artisti Mənsum İbrahimov Düşənbədə Tacikistan Dövlət Akademik OperaBalet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun rolunu məharətlə ifa edib. Aytən Məhərrəmova isə ötən ayAyparaqrupu ilə birgə Tacikistanın şəhərlərində konsert proqramları ilə çıxış edib.

 

Mədəniyyət.- 2013.- 10 iyul.- S. 3.