“Azərbaycan
İncəsənət Festivalı”nın sərgiləri
başa çatır
“Baku Creative Center”
yaradıcılıq mərkəzinin Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və “Nar mobile”nin baş
sponsorluğu ilə həyata keçirdiyi “Azərbaycan
İncəsənət Festivalı” layihəsinin sonuncu səyyar
sərgisi iyulun 7-8-də Sumqayıt Dövlət Rəsm
Qalereyasında keçirilib.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsinin növbəti mərhələsi olaraq gerçəkləşən “Azərbaycan İncəsənət Festivalı”nın səyyar sərgiləri bir ay ərzində 10 şəhər və rayonu əhatə edib.
Sərginin açılış mərasimində layihənin əhəmiyyətindən danışılıb. Bildirilib ki, layihənin əsas məqsədi səyyar sərgilər və ustad dərsləri vasitəsilə respublikamızın şəhər və rayonlarında sadə insanların incəsənətə dair biliklərini və maraqlarını artırmaq, yaradıcı potensialı olan gəncləri dəstəkləyib üzə çıxarmaqdır.
Sonra layihə iştirakçısı Novruz Məmmədov təsviri sənət həvəskarlarına ustad dərsi keçib. Sərgidə ümumilikdə, 17 rəssamın 40-a yaxın əsəri nümayiş olunub.
İyulun 10-da
“Baku Creative Center”də “Azərbaycan İncəsənət
Festivalı”nın yekun sərgisi açılacaq.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 3.