“Çövkən”
filmi mükafata layiq görülüb
İyunun 29-dan iyulun 2-dək Serbiyanın Zlatibor şəhərində beynəlxalq idman filmləri festivalı keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən bildiriblər ki, bu il ikinci dəfə keçirilən festivalda 18 ölkədən ekran əsərləri nümayiş etdirilib.
Münsiflər
heyətinin qərarına əsasən Azərbaycan rejissoru
Rafiq Quliyevin “Çövkən” filmi festivalın birinci
mükafatına layiq görülüb. Filmin nümayişindən
sonra mükafat və diplom Azərbaycanın Serbiyadakı səfirliyinin
əməkdaşına təqdim edilib.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 5.