Məşhəddə
keçirilən sərgidə Azərbaycan bölməsi maraqla qarşılanıb
Məşhəd şəhərində
İranda təhsil alan xarici tələbələr
üçün VI beynəlxalq mədəniyyət
festivalı təşkil edilib.
Sərgidə Azərbaycan Respublikasına aid bölmə böyük maraqla qarşılanıb. Tehran Universitetinin fars dili və ədəbiyyatı fakültəsinin magistratura pilləsində təhsil alan Səmra İsmayılzadə və Həzrətəli Məmmədov tərəfindən təşkil olunmuş bölmə Azərbaycanın dövlət bayrağı, Bakının müasir görünüşlərini əks etdirən əzəmətli fotoşəkillərlə bəzədilib. Bölmənin qurulmasında ölkəmizin İrandakı səfirliyi tərəfindən tələbələrimizə hərtərəfli yardım göstərilib. AzərTAc-ın İran nümayəndəliyi tərəfindən də verilmiş nəşrlər - Xocalı soyqırımına, Qarabağın tarixinə, Azərbaycan Respublikasının müasir inkişafına dair kitab və jurnallar, CD-lər, suvenirlər və digər vəsaitlər bölməni daha da zənginləşdirib.
Bölmədə
yer alan vəsaitlərin
əksəriyyəti ziyarətçilərə
paylanılıb. Tədbir çərçivəsində magistratura təhsilini başa
vuran tələbələrimizə
İranın elm, tədqiqat və texnologiya naziri Kamran Daneşcu tərəfindən
məzun diplomları təqdim edilib.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 6.