“Gəzən kitabxana” Astarada
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən “Gəzən kitabxana” layihəsi bu dəfə Astara şəhərində təqdim olunub. Layihənin məqsədi əhalinin asudə vaxtını səmərəli təşkil etmək, onların kitaba və elektron qiraətə marağını artırmaqdır.
Xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min adi kitab və 10 min elektron kitab var. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.
Burada bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar yer alıb. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid nəşrlər var.
İyulun
10-dək Astarada olan
“Gəzən kitabxana” yerli
kitabsevərlər tərəfindən maraqla
qarşılanıb.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 6.