“Açılmamış
sərvət dağı - Azərbaycan”
Yaponiya radiosunda
ölkəmizin təqdimatı
Yaponiyanın “Rainbow town 79.2 FM Tokyo” radiosunda Azərbaycana həsr edilmiş növbəti veriliş efirə gedib. Veriliş tanınmış ekspert Kazuyasu İşidanın bu günlərdə çapdan çıxmış “Yapon iş adamları üçün xaricdə investisiya imkanları” kitabında “Açılmamış sərvət dağı - Azərbaycan” sərlövhəli geniş məqaləyə həsr olunub.
Bir saat davam edən verilişin aparıcıları 21 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası, onun coğrafi mövqeyi, güclü iqtisadi potensialı barədə dinləyicilərə məlumat veriblər. Kazuyasu İşida ötən il Azərbaycana səfər edərək ölkəmizin investisiya imkanlarını araşdırdığını, ölkəmizin bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdığını diqqətə çatdırıb. O, 9,3 milyon nəfər əhalisi olan Azərbaycanda yaşayan çoxsaylı milli azlıqların dillərinin və mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirildiyindən danışıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan ekspert bu ərazilərin tarixən Azərbaycana məxsus olduğunu və Ermənistan tərəfindən işğal edildiyini vurğulayıb.
Verilişdə
Azərbaycanın iri enerji
layihələri barədə məlumat verilib.
Azərbaycanı Birləşmiş Ərəb
Əmirlikləri, Bakını isə Dubay
ilə müqayisə edən ekspert burada icra edilən nəhəng
layihələrdən - “Baku White City”, Heydər
Əliyev adına hava limanının yeni terminalının tikintisi,
Heydər Əliyev Mərkəzi, Bakı bulvarının
genişləndirilməsi və Bakı metropoliteninin
yeni xətlərinin çəkilməsi
işlərindən söz açıb.
Verilişdə Azərbaycanın tanınmış caz ustası Sevda Ələkbərzadənin
ifasında mahnılar səsləndirilib.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 6.