“Sabah
bu gündən başlayır”
Həmsöhbətimiz Xalq artisti,
professor İlham Namiq Kamaldır
- İlham müəllim, peşəkar milli teatrımızın 140 illik yubileyi münasibətilə ölkə rəhbərinin sərəncamı ilə “Şöhrət” ordeniylə təltif olunmusunuz. Qardaşınız - istedadlı aktyor Cəfər Namiq Kamal da “Xalq artisti” fəxri adına layiq görülmüşdür. Söhbətə keçməzdən öncə hər ikinizi təbrik edir, sizə cansağlığı və sənət uğurları arzulayırıq.
- Çox sağ olun. Bu mənim üçün və qardaşım Cəfər üçün çox böyük etimaddır. Bu yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığımı bildirmək istəyirəm. Cənab Prezidentin sərəncamına uyğun olaraq peşəkar milli teatrımızın 140 illik yubileyinin geniş şəkildə qeyd olunmasına görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm.
- Hər dəfə sizinlə görüşdükdə teatr, dramaturgiya, aktyor yaradıcılığı haqqında söhbətləşirik. Bu gün isə milli dramaturgiya barəsində danışmaq istəyirik. Bildiyimiz kimi, dramaturgiya teatrın əsasıdır. Yüksək səviyyəli dramaturgiya olmasa, peşəkar səviyyəli tamaşa da olmaz...
- Sizinlə tamamilə razıyam. Teatrın səviyyəsi dramaturgiyanın səviyyəsi deməkdir. Teatrların qovluqlarında müxtəlif janrlı, müxtəlif üslublu çoxsaylı dram nümunələri olmalıdır ki, seçim imkanı olsun. Teatr sintetik sənətdir. Bu sənətlərin hər birinin inkişafının, ümumilikdə isə teatrın inkişafının kökündə dramaturgiya nümunələri durur. Yüksək peşəkar səviyyəli dramaturgiya dedikdə, söz yox ki, ilk növbədə Mirzə Fətəli Axundzadə yada düşür. Onun əsərləri bu gün də müasir və aktualdır. Bu əsərlərin üzərində dövrümüzə qədər görkəmli dramaturqlar yetişmişdir. Ötən il ölkə rəhbərinin sərəncamı ilə milli dramaturgiyamızın banisi M.F.Axundzadənin 200 illik yubileyi geniş şəkildə qeyd edildi. Respublika teatrlarının hər biri ölməz ədibin komediyalarına müraciət etdi, hər bir rejissor onun əsərlərinə yeni yozum və yeni çalarlar verdi. Bu, sözün əsl mənasında, çox böyük layihə idi.
- Siz özünüz də Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri” pyeslərinin tamaşalarında yaddaqalan obrazlar yaratmısınız...
- “Lənkəran xanının vəziri” əsərini rəhmətlik Hüseynağa Atakişiyev hazırlayanda mənə Teymur ağa obrazını həvalə etmişdi. Sonralar bu əsərdə xan obrazını ifa etmişəm. “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasında isə mən bir-birinə zidd olan iki rolu - müsyö Jordanı və Məstəli şahı oynamışam. Sonralar “İlham” miniatür teatrında da bu əsərə müraciət etmişəm və ona yeni açar tapmağa çalışmışam.
- Bütün bunlar M.F.Axundzadə pyeslərinin müasir və aktual olduğuna dəlalət edir.
- Əlbəttə. Yadımdadır, milli teatrımızın 100 illiyində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşası Moskva tamaşaçılarının heyrətinə səbəb olmuşdu. Əsərdə süjet xətti, fabula, gözlənilməz məqamlar, konflikt həm tamaşaçıları, həm də sənətşünasları şoka salmışdı. Yadımdadır, orada əsərin tərcümə olunub onlara göndərilməsini istədilər. Bu da bizim milli dram nümunələrimizin yüksək səviyyəsindən xəbər verir. Sonrakı mərhələlərdə Ə.Haqverdiyev, N.Vəzirov, C. Cabbarlı kimi dramaturqlar M.F.Axundzadə ənənələrini ləyaqətlə davam etdirdilər. Cəfər Cabbarlının dram əsərləri sanki dəqiq yığılmış mürəkkəb bir mexanizmdir. Bu əsərlər ustad dramaturqumuz tərəfindən zərgər dəqiqliyi ilə işlənərək, içərisi aktyor ifaları ilə doldurulur. Bu da məlumdur ki, C.Cabbarlı müəyyən aktyorlara uyğun obrazlar yaradırdı. Sonrakı dövrdə Xalq yazıçısı İlyas Əfəndiyevin əsərləri milli dramaturgiyamızda bütöv bir mərhələ təşkil etdi. O da, C.Cabbarlı kimi bu və ya digər aktyorun istedadına uyğun obraz yaradırdı. İlyas müəllimin əsərlərinin tamaşalarında neçə-neçə sənətkarımız yetişib. Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Fuad Poladov, Hamlet Qurbanov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Səməndar Rzayev. Bu sənətkarlar İlyas müəllimin “dramaturgiya bulağı”ndan su içdilər. Xoşbəxtəm ki, mənim də adım bu sıradadır.
- Siz İlyas Əfəndiyevin “Bağlardan gələn səs” pyesinin tamaşasında özünüzdən 40 yaş böyük olan Qubuş obrazını oynamışdınız...
- Mən o zaman gənc idim. 24-25 yaşım
olardı. Dramatik mətnə
görə isə Qubuş obrazının
64-65 yaşı olmalı
idi. O, şişman,
pullu, tosqun bir adam
kimi təsvir olunmuşdu. Görkəmli rejissorumuz Tofiq
Kazımovun yozumunda isə Qubuş arıq, sısqa, pullu bir adamdır.
Mənim
üçün çox
maraqlı idi. Baş rolları Şəfiqə Məmmədova,
Lütfü Məmmədbəyov,
Kamal Xudaverdiyev, Yaşar Nuri, Əminə Babayeva, Məcnun Hacıbəyov və başqaları ifa edirdi. Bax belə
aktyor dəstəsi tamaşada məşğul
idi. İlyas müəllim pyesdə
təsvir olunanları
Qubada hansısa bir sovxozda baş
vermiş hadisələr
əsasında qələmə
almışdı. Real
hadisəni yüksək
səviyyəli dram əsərinə
çevirib tamaşaçıları
maraqlandıra bilmişdi.
Daha sonra İ.Əfəndiyevin
lirik- psixoloji janrda yazdığı “Unuda bilmirəm” əsəri repertuarda yer aldı. Cəmil obrazını istedadlı
aktyorumuz Hamlet Qurbanov ifa edirdi. Tofiq müəllim Cəmil obrazına mənimlə
Rafael Dadaşovuda daxil
etdi. Bu tamaşanı
AzTV lentə alıb.
Daha sonra İ.Əfəndiyevin
“Qəribə oğlan”
tamaşasında Batı
obrazını mən
və Ramiz Məlikov ifa edirdik. Böyük sənətkarımız Əliağa Ağayev Dadaş Rəhimoviç obrazını ifa edirdi. Əliağa Ağayevin səhhəti
ilə bağlı bir müddət mən bu rolu
ifa etmişəm.
Ümumiyyətlə, İ.Əfəndiyevin dram əsərlərində qüdrətli
aktyor ansamblı yaranırdı. Bu isə Tofiq Kazımovun xidməti idi. İ.Əfəndiyevin “Natəvan” pyesi
də maraqla qarşılanmışdı. Mən bu əsərdə İran şahzadəsi obrazını ifa etmişəm. Amaliya xanım
Natəvan obrazında
çıxış edirdi.
Bu əsər indi də repertuardadır
və İran şahzadəsi obrazını
Cəfər Namiq Kamal, Natəvan obrazını Bəsti xanım Cəfərova ifa edir. “Qarabağnamə” əsəri əvvəllər
“Hökmdar və qızı” adı ilə gedirdi. Bu əsər günümüzlə
səsləşir, problemlərimizi,
Qarabağ dərdimizi
əyaniləşdirir. Bütün bunlar görkəmli ədibin qüdrətli qələminin, dramaturji istedadının məhsuludur.
- Milli teatrın inkişafının
çox böyük bir dövrü İlyas Əfəndiyevin əsərləri ilə bağlıdır. Onun əsərləri
bu gün də teatrlarımızın
repertuarındadır. İlyas müəllim dünyasını dəyişəndən
sonra çoxlarında
belə bir təsəvvür yarandı
ki, milli dramaturgiyamızda boşluq
yaranacaq...
- Lakin ondan sonra yeni
dramaturqlar ordusu yetişdi, teatrlarımızın
repertuarı yeni əsərlərlə zənginləşdi.
Bu sırada Xalq
yazıçımız Elçinin
yüksək peşəkar
səviyyəli pyeslərini
xüsusi qeyd etmək istəyirəm.
Bu əsərlər İlyas müəllimin dramlarından sonra milli teatr sənətinin
inkişafında müstəsna
rol oynadılar.
“Ah, Paris, Paris”, “Mənim ərim
dəlidir”, “Teleskop”,
“Qatil”, “Sənətkar
ömrü”. Bu əsərlərin hər
biri teatrın inkişafına xidmət edir.
Mənim 55 yaşım tamam
olanda soruşdular ki, yubileyi necə
görmək istəyirəm?
Cavab verdim ki, mənim
oynadığım bir
tamaşa oynanılsa kifayətdir. Hörmətli rejissorumuz Azərpaşa Nemətovun quruluşunda Elçinin “Mənim ərim dəlidir” əsəri oynanıldı.
Əvvəllər də belə
ənənə olub.
Mən sadəcə olaraq tamaşaçılarla canlı
ünsiyyətə üstünlük
verdim. Bu da Elçin müəllimin dramaturji istedadından xəbər
verir. Bu yaxınlarda Elçin müəllimin 70 illik yubileyi oldu. Ölkə rəhbəri hörmətli
yazıçımızın yaradıcılığına və
fəaliyyətinə yüksək
qiymət verərək
onu “Şərəf” ordeni ilə təltif etdi. Mən də öz növbəmdə yubilyarı
təbrik edirəm, ona cansağlığı,
yaradıcılıq uğurları
arzulayıram.
Elçin müəllimin yubiley
gecəsində Akademik
Milli Dram Teatrında “Sənətkar ömrü”
tamaşası nümayiş
olundu. Hüseyn Ərəblinskinin həyat və yaradıcılığına həsr
olunmuş bu əsər tamaşaçıların
marağına səbəb
oldu. Tamaşada sənətkar və
şəxsiyyət ömrü
hərtərəfli təsvir
olunmuşdur. Bu, müasir gənclərə
nümunədir. Onu da deməliyəm ki, Elçin müəllimin əsərləri Azərbaycanla
məhdudlaşmır. Onun əsərləri dünyanın
bir çox səhnələrində uğurla
tamaşaya qoyulmuşdur.
Azərbaycan dramaturgiyası
üçün bundan
böyük xoşbəxtlik
ola bilməz.
Bu, sözün əsl mənasında, Azərbaycan mədəniyyətinin
Avropaya və dünyaya inteqrasiyasıdır.
Bir məqamı əminliklə
qeyd edə bilərik ki, milli dramaturgiyamızda yüksək peşəkar
səviyyəli müəlliflər
var. Sabaha ümidlərimiz
böyükdür. Sabah
isə bu gündən başlanır.
- Bir qədər də pedaqoji fəaliyyətinizə
nəzər salmaq istərdik. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində “Estrada və
musiqili teatr aktyoru” kafedrasının müdirisiniz, professorsunuz.
- Səmimi şəkildə demək
istəyirəm, Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru,
professor Timuçin Əfəndiyevin
rəhbərliyi altında
təhsil ocağında
çox sağlam, işgüzar kollektiv fəaliyyət göstərir.
Universitetimizin kafedralarına zamanla
ayaqlaşan insanlar rəhbərlik edir. Tanınmış şəxslər, görkəmli sənət
xadimləri tələbələrimizə
sənətin sirlərini
öyrədir. Tələbə bilir ki, onun
müəllimləri kimdir.
Bu, çox böyük
şərtdir. Teatr
sahəsində Ağakişi
Kazımov, Azərpaşa
Nemətov, Gülşad
Baxşiyeva, Bəsti Cəfərova və bir çox görkəmli insanlar təhsil müəssisəmizin
pedaqoqlarıdır. Respublikada 28 dövlət
teatrı fəaliyyət
göstərir. Onların hamısında
bizim universiteti bitirmiş məzunlar çalışır. Məzunlarımız təhsil ocağında aldıqları bilik və savadı işlədikləri müəssisələrdə
müvəffəqiyyətlə tətbiq edirlər.
- Artıq teatrda mövsüm, universitetdə isə dərslər başa çatıb. Sizə uğurlu istirahətlər,
yeni-yeni nailiyyətlər
arzulayırıq. Yəqin qarşıda
tamaşaçılarımızı sənətdə yeniliklərlə
sevindirəcəksiniz?
- İcazə
versəniz, bu suala qısa cavab verərdim.
- Buyurun.
- Sağlıq
olsun.
Çingiz Ələsgərli, teatrşünas, dramaturq
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 11.