Hötenin ev-muzeyində “Azərbaycan
guşəsi”
Böyük alman yazıçısı
Yohann Volfqanq Hötenin Almaniyanın
Frankfurt şəhərindəki ev-muzeyində “Azərbaycan
guşəsi” açılıb.
Dünya
Azərbaycanlı Gənclər
Birliyi tərəfindən
reallaşdırılan layihə
çərçivəsində açılan guşədə
alman yazıçısının
Azərbaycan dilində
nəşr edilən kitabları yer alıb.
Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan
“Azərbaycan guşəsi”
layihəsi çərçivəsində
dünya şöhrətli
yazıçı və
şairlərin ev-muzeyləri,
fondlarında Azərbaycan
dilində nəşr
olunmuş əsərlərdən
ibarət guşə yaradılır.
Layihə çərçivəsində
yaxın vaxtlarda digər yazıçı
və şairlərin
ev-muzeylərinə də
Azərbaycan dilində
əsərlərin göndərilməsi
və həmin muzeylərdə Azərbaycan
guşələrinin açılması
nəzərdə tutulur.
Bu siyahıya Ernest Heminquey,
Mark Tven, Conatan Svift, Teodor Drayzer,
Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, Fyodor Dostoyevski, Lev Nikolayeviç
Tolstoy və s. məşhur
ədiblər daxildir.
Layihənin məqsədi Azərbaycan
oxucusunun dünya ədəbiyyatına
marağını və zəngin mənəvi sərvətə
verdiyi əhəmiyyəti göstərməkdir.
Mədəniyyət.- 2013.- 10 iyul.-
S. 12.