Budapeştdə
gənc azərbaycanlı rəssamın sərgisi
Macarıstanın paytaxtı Budapeştdə gənc azərbaycanlı rəssam Çingiz Mehbalıyevin “Həyatınızı rəngləyərək” adlı fərdi rəsm sərgisi açılıb “YBL” sarayında təşkil edilmiş sərginin açılışında çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu cür tədbirlərin mədəniyyətimizin tanıdılmasında rolunu qeyd edib.
Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tamaş Hegedüş Azərbaycan mədəniyyəti və istedadlı rəssam haqqında yüksək fikirlər söyləyib.
İyulun 13-dək ziyarətçilər üçün açıq olacaq sərgidə rəssamın 30-dək rəngkarlıq və qrafika işi nümayiş etdirilir.
Bu, Çingiz
Mehbalıyevin beynəlxalq miqyasda ilk uğuru deyil. O, 2007-ci
ilin noyabrında UNESCO tərəfindən keçirilən və
Mövlanə Cəlaləddin Ruminin anadan olmasının 800
illiyinə həsr olunan beynəlxalq sərgidə iştirak
edən ən gənc rəssam olub.
Mədəniyyət.- 2013.- 12 iyul.-
S. 2.