“Günay” uşaq teatrı Macarıstanda festivalda iştirak edib
Macarıstanın Balatonfüred şəhərində
XIII Avropa Gənclər
Festivalı keçirilib.
Sənət bayramında ölkəmizi
“Günay” uşaq teatrı təmsil edib. Azərbaycan incəsənətini yüksək səviyyədə
təqdim edən gənc istedadlarımız
festivalın bir sıra mükafatlarını
qazanıb.
Teatr nominasiyasında M.F.Axundzadənin
“Müsyö Jordan və
dərviş Məstəli
şah” komediyasının
motivləri əsasında
hazırlanan tamaşa,
xoreoqrafiya nominasiyasında
isə milli rəqsimiz “Yallı” və Üzeyir Hacıbəylinin “Dəsmalla
rəqs” nömrələri
“Qran-pri” mükafatına
layiq görülüb.
Fərdi
çıxışlar da
mükafatsız qalmayıb.
“Turacı” və
“Qaragöz” rəqslərinin
ifaçısı Leyla
Yusubova festivalın qızıl medalı, “Məşğələ” kompozisiyasının
ifaçısı Səbinə
Məmmədova isə
“Qran-pri” ilə mükafatlandırılıb.
Gənc Azərbaycan
artistləri gələn il Balatonfüred şəhərində
keçiriləcək növbəti festivala
dəvət alıblar. Şəhərin meri
uğurlu çıxış üçün teatrın kollektivinə və
Azərbaycanın Budapeştdəki səfirliyinə minnətdarlıqlarını
bildirib.
Mədəniyyət.- 2013.- 12 iyul.-
S. 5.