Xəzərin mirvarisi - “Jumeirah Bilgah Beach Hotel”

 

   Mete Atakuman: “Ölkədə hotel sayının çoxluğu kadr hazırlığından keyfiyyətə qiymətlərin ucuzlaşmasına qədər müsbət nəticələrə gətirib çıxaracaq, turizmlə bağlı sahələrin inkişaf etməsinə yardımçı olacaq

  

   Ölkəmizdə fəaliyyət göstərən brend hotellərin baş menecerləri ilə müsahibələr silsiləsindən daha bir həmsöhbətimizi təqdim edirik. SuallarımızıJumeirah Bilgah Beach Hotel”inin baş meneceri Mete Atakuman cavablandırır.  

   - Mete bəy, öncə özünüzü qəzetimizin oxucularına təqdim edərdiniz...

   - Avstraliyanın Sidney şəhərində dünyaya göz açmışam. Həyatım Sidney, İstanbul Bakı arasında keçib. Turizm sahəsinə 1989-cu ildə gəlmişəm ilk əməkdaşlığım “Hilton” hotellər şəbəkəsi ilə olub. Daha sonra “Hyatt Regency” hotellər şəbəkəsində çalışdım. Bakıya gəlişim onların vasitəsilə oldu. Təxminən iki il yarım “Hyatt Regency”nin Bakı nümayəndəliyində fəaliyyət göstərdim. Jumeirahhotellər şəbəkəsi ilə əməkdaşlığım isə 2011-ci ildən başlayıb. Şəxsi həyatımla bağlı isə onu deyə bilərəm ki, ailəliyəm, iki qızım var. Həyat yoldaşım azərbaycanlıdır. Bu səbəbdən Azərbaycan, Bakı mənim üçün doğmadır burada ailəmlə birlikdə olmaqdan, Azərbaycan turizminə töhfələr verməkdən olduqca məmnunam.

   - Bir qədər hotelinizdən bəhs edin...

   - “Jumeirah Bilgah Beach Hotel” 2011-ci ildə möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. Bakının ev sahibliyi etdiyi “Eurovision” müsabiqəsi ərəfəsində fəaliyyətə başlamağımız da ölkə turizmi baxımından əlamətdar hadisə idi. İlk müştərilərimizi qəbul etdik, böyük bir layihəyə öz töhfəmizi vermiş olduq. Jumeirah Bilgah Beach Hotel”i eksklüziv şəhər dənizkənarı istirahət mərkəzi kimi fəaliyyət göstərir. Çalışırıq ki, bu iki ana xətt üzərində işimizi quraq. Hava limanına, “Baku Expo” mərkəzinə yaxınlıq, dəniz sahili, həmçinin şəhərdən 25 dəqiqəlik məsafədə yerləşməyimiz bizim üçün əlavə imkanlar qazandırır. Hotelimizdə 190 nömrə müştərilərimizə xidmət göstərir. Onlardan 14-ü kottecdir. Otaqlarımız isə suit deluxe tərzindədir.

   - Bu mövsüm üçün hansı proqramlar nəzərdə tutulub?

   - Mövsümlə əlaqədar fəaliyyətimizi daha çox dəniz kənarında açıq havada qurmağa çalışırıq. Sahildə böyük açıq hava restoranımız dənizin içərisində gənclər üçün klubumuz fəaliyyət göstərir. Burada gənc orta nəslin nümayəndələri rahat bir şəkildə istirahət edə bilirlər. Həftə sonları yerli dünya mətbəxinin nümunələri ilə bir arada təqdim etdiyimiz caz klassik Azərbaycan musiqisi axşamları, canlı musiqi ifaları böyük maraq doğurur. Gənclər üçün isə məşhur DJ-lərin iştirakı ilə diskotekalar təşkil edirik. Bundan əlavə, aktiv istirahəti sevən müştərilərimiz açıq hava idman növləri ilə məşğul ola bilirlər. Spa xidmətlərimiz var. Fərdi tennis dərslərinə başlamışıq. MTV kanalı ilə birlikdə gənclər üçün əyləncəli gecələr təşkil edirik. Hotel olaraq açıq havada toy məclislərinin təşkili ilə artıq ad qazanmışıq.

   - Hoteliniz zahiri görünüşü, interyeri ilə Avropadakı beşulduzlu lüks hotellərindən geri qalmır. Bəs xidmət səviyyəsində necə, eyni keyfiyyəti təqdim edə bilirsinizmi?

   - “Jumeirahhotellər şəbəkəsi Dubayda təsis olunub Bürc-əl Ərəbkimi dünyaca məşhur bir hotelin idarəetməsini həyata keçirir. Azərbaycanda da fəaliyyətə başlamazdan əvvəl 6 ay sırf kadr hazırlığı işi ilə məşğul olduq. Bu işi indi davam etdiririk. Çalışırıq ki, işimizi müştərin məmnuniyyəti üzərində quraq. Əyər-əskiklərə ya daha yaxşı fəaliyyət göstərə biləcəyimiz sahələrə diqqət ayırırıq hesab edirik ki, bu, davamlı prosesdir. Bundan əlavə, əməkdaşlarımızı digər ölkələrdə yerləşən hotellərimizə həm işləməyə, həm təlimə göndəririk. Eyni zamanda beynəlxalq hotel idarəetməsi sahəsində böyük təcrübəyə malik olan əcnəbi mütəxəssisləri bura dəvət edirik.

   - Son zamanlar ölkəmizdə lüks kateqoriyadan olan hotellər çoxluq təşkil etməyə başlayıb. Belə bir rəqabətli mühitdə fəaliyyət göstərmək sizin üçün çətinliklər yaratmır ki?

   - Ümumiyyətlə, rəqabət daim işin xeyrinədir. İlk bir neçə il hotellər üçün çətin ola bilər bu da təbiidir. Ancaq məsələyə sırf gələcək baxımından yanaşdıqda, Azərbaycanda fəaliyyət göstərən bütün hotellər nəticə etibarilə rəqabətdən qazanclı çıxacaqlar. Bakıda fəaliyyətə başlayan hər bir hotel öz xətti ilə ölkəyə turist cəlb edir, ölkəni tanıdır. Sizə bir nümunə göstərim. Məsələn, Bakıda fəaliyyət göstərən X hotelin xətti ilə Azərbaycana gələn turist xidmətdən məmnun qalarsa, gələn dəfə bizim hoteli ya bir başqa məkanı seçə bilər. Beləliklə, ölkəyə qazandırılan hər bir müştəri ümumi bazara xeyir gətirir. Bundan əlavə, hotel sayının çoxluğu kadr hazırlığından tutmuş keyfiyyətə nəhayət, qiymətlərin ucuzlaşmasına qədər müsbət nəticələrə gətirib çıxaracaq, turizmlə bağlı sahələrin inkişaf etməsinə yardımçı olacaqdır.

   - “Jumeirahhoteli olaraq müştəri cəlbi ilə bağlı hansı işləri görürsünüz?

   - Bu istiqamətdə fəaliyyətimizi həm ölkə daxilində, həm xaricdə həyata keçiririk. Ancaq qənaətimiz ondan ibarətdir ki, ən yaxşı reklam elə müştərilərinizə verdiyiniz xidmətdir. Bununla belə, agentliklərlə əlaqələr qururuq. Xarici ölkələrdə hotelimizin təbliğinə böyük diqqət ayırırıq. Əsas müştərilərimiz Rusiya, Türkiyə, Qazaxıstan Ukraynadandır. Bu ölkələrlə uğurlu işbirliyi qurduğumuzu deyə bilərəm. Təbliğat işinin qurulmasında Mədəniyyət Turizm Nazirliyinin dəstəyindən yararlanmağa çalışırıq. Nazirliyin xətti ilə həyata keçirilən beynəlxalq turizm sərgilərində öz stendimizlə iştirak edirik. Son zamanlar Yaxın Şərq bazarında da aktiv aparırıq uğurlu nəticələrimiz var. Artıq bu ölkələrdən müştəri cəlb etməyə başlamışıq.

   - Sizcə, Azərbaycan turizmi daha çox hansı bazara yönlənməlidir?

   - Azərbaycanda çalışdığım müddətdə formalaşan şəxsi qənaətim ondan ibarətdir ki, turist cəlb etmək üçün keçmiş Sovet İttifaqı ölkələrini prioritet kimi götürmək indiki məqamda daha məqsədəuyğundur. Çünki Avropa Yaxın Şərq ölkələrindən olan turistlərin üstünlük verdikləri başqa ənənəvi istiqamətlər var. Azərbaycan kimi ölkələr isə onlar üçün yenidir. MDB respublikaları ilə Azərbaycanın daim yaxın münasibətləri olub. Bundan əlavə, rus dili Azərbaycanda çox geniş istifadə olunduğundan ünsiyyət problemləri yaranmır.

   - Mete bəy, ölkəmizdə turizm sektoru qısa müddətdə yenidən canlandırıldı. Təbii ki, çatışmayan cəhətlər var. Sizcə, bu istiqamətdə hansı işlər görülməlidir?

   - Öncə onu deyim ki, turizmlə bağlı yaranan problemlərin həlli ilə bağlı böyük addımlar atılır. Hotellərin təmsil olunduğu Konqres Bürosunun yaradılması özlüyündə mühüm hadisədir. Bu baxımdan daha böyük işlər görülməsi, problemlərin ortaq həlli yönündə nazirlik dövlət səviyyəsində müzakirələrin aparılması turizmin inkişafına müsbət təsir göstərəcək. O ki qaldı çatışmayan cəhətlərə, məncə, qiymətlərə yenidən baxılmalıdır. Bundan əlavə, ölkə üzrə festival turizmi ilə bağlı tədbirlər genişləndirilməlidir ən az iki il öncədən planlaşdırma olmalıdır. Məsələn, 2014-cü ildə hansı festivalın olacağını indidən hotellər bilsə, fəaliyyətlərini rahatlıqla o istiqamətdə qura bilərlər. Bu həm müştəri məmnuniyyətinə səbəb olar Azərbaycan da ölkə olaraq bir festivaldan daha çox mənfəət əldə etmiş olar.

   - Bildiyiniz kimi, turizm çoxşaxəli sahədir. Sizcə, biz hansı turizm sahələrini önə çıxarmalıyıq? Məsələn, Dubay turizmi dəniz, günəş qum üzərində qurulub...

   - Mən hansısa xüsusi bir sahənin üzərində dayanmağın tərəfdarı deyiləm. Azərbaycanda ilin hər fəslinin öz gözəlliyi var. Regionlarda müxtəliflik çoxdur. Bu səbəbdən bütün turizm sahələrinin eyni dərəcədə inkişaf etdirilməli olduğu qənaətindəyəm. O ki qaldı Azərbaycan turizminin əsas qoluna, burada ana istiqamət neft qaz sektorunun gətirdiyi biznes turizmidir. Son zamanlar isə Bakı beynəlxalq tədbirlərin məkanına çevrilib. Azərbaycanda istirahət turizmini eyni səviyyəyə qaldıra bilsək, məncə, böyük bir yol qət etmiş olarıq.

  

   Sadiq Musa

 

Mədəniyyət.- 2013.- 12 iyul.- S. 6.