Azərbaycan turizmin inkişafı üzrə öncül yerlərdədir

 

Dünya Turizm Təşkilatının yeni nəşrində ölkəmizlə bağlı yüksək göstəricilər yer alıb

  

   Dünya Turizm Təşkilatının iyul ayında çap olunan "UNWTO Tourism Highlights, 2013 edition" nəşrində 2011-ci ilə nisbətdə ötən ilin Avropa regionu üzrə beynəlxalq turist sayının artım statistikası qeyd olunub. Göstəricilərə əsasən, artım templərinə görə MDB ölkələri liderlik edir. 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,986 milyon təşkil edərək, 2011-ci ildəki müvafiq göstəricidən (1,562 milyon) 27% artıq olub. Bu isə Azərbaycan üçün hətta digər ölkələrlə müqayisədə belə kifayət qədər yüksək göstəricidir.

   Avropa ölkələri (MDB ölkələri daxil olmaqla) üzrə sıralamanı nəzərə alaraq, turist sayının artma faizinə görə il beşlikdə aşağıdakı ölkələrdir: Gürcüstan - 36%; Azərbaycan - 27%; Moldova - 19%; Andorra - 15%; Rusiya - 13%.

   Eyni zamanda, turizm sahəsində əldə olunan ümumi gəlir göstəricilərini nəzərdən keçirsək, Azərbaycan 2011-ci ildə 1,287 milyon, 2012-ci ildə isə 2,433 milyon dollar ümumi gəlir əldə edib. Bu da, 89% artıma bərabərdir. Müqayisə üçün qeyd etmək olar ki, 2012-ci ildə Gürcüstanın ümumi turizm gəlirləri 1,411 milyon dollar, Moldovanın 1,213 milyon, Rusiyanın isə 11,187 milyon dollar təşkil edib.

 

Mədəniyyət.- 2013.- 12 iyul.- S. 9.