Çin televiziyasında Azərbaycan
haqqında reportajlar
Çin Mərkəzi Televiziyası
- CCTV Azərbaycan haqqında
silsilə reportajlar yayımlayıb. Reportajda ölkəmizin müstəqillik
illərində böyük
inkişaf yolu keçdiyi vurğulanıb.
Qeyd olunub ki, Avropa və Şərq memarlıq üslubunda inşa edilmiş binalar gözəl təbiətinə
görə “Xəzər
dənizinin mirvarisi” adlandırılan Bakıya
xüsusi yaraşıq
verir. Bakı nəinki Cənubi
Qafqazda, eləcə də keçmiş
SSRİ məkanında ən
çox inkişaf etmiş şəhərlərdən
biridir. Son illər şəhərdə
aparılan yenidənqurma
və tikinti işləri şəhərin
daha da gözəlləşməsinə
səbəb olub.
Müəllif şəhərdə həyata keçirilən
iri tikinti layihələrindən söz
açıb. Qeyd olunub
ki, bu uğurların
qazanılmasında neft
amili böyük rol oynayır.
Telekanal Azərbaycanın qədim xalçaçılıq
sənətindən, Naftalan
neftinin müalicəvi
əhəmiyyətindən bəhs edən reportajlar da yayımlayıb.
Qeyd edək ki, Çin
Mərkəzi Televiziyasının 22 kanalı fəaliyyət
göstərir. Çində və xaricdə hər gün 2 milyarda yaxın
tamaşaçının izlədiyi CCTV Çin
dili ilə yanaşı, ingilis,
fransız, ispan, ərəb və rus dillərində verilişlər
yayımlayır.
Mədəniyyət.- 2013.- 17 iyul.-
S. 2.