“Xocalıdan Srebrenitsaya”: foto və rəsm
sərgisi
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinin mərkəzi Marşal Tito meydanında “Xocalıdan Srebrenitsaya” adlı foto və rəsm sərgisi keçirilib. Sərgi “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüsü ilə gerçəkləşən “Xocalıdan Srebrenitsaya: soyqırımı və etnik təmizləmənin qarşısının alınması” adlı simpoziumun nəticəsi olaraq təşkil edilib.
Dialoq və Əməkdaşlıq
Uğrunda İslam
Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin
təşkilatçılığı, Dini
Qurumlarla İş
üzrə Dövlət Komitəsi və Prezident
yanında Gənclər Fondunun dəstəyi
ilə təşkil edilən sərgidə rəssam Nazim Məmmədovun Xocalı qətliamını
əks etdirən əsərləri, həmçinin
Xocalıda çəkilmiş fotoşəkillər nümayiş etdirilib. Sərgi ilə yanaşı, iyulun
11-də - Srebrenitsa
soyqırımının anım günündə
Bosniyanın ən iri ticarət mərkəzi
olan “Sarayevo Mall”un fasadında
quraşdırılmış monitorda
Xocalı və Srebrenitsa
soyqırımları zamanı dinc əhalinin
itkilərini əks etdirən rəqəmlər nümayiş etdirilib.
Mədəniyyət.- 2013.- 17 iyul.-
S. 3.