Gənc bəstəkarların
yaradıcılığı müzakirə olunub
Xəbər verdiyimiz kimi, iyulun 11-12-də Azərbaycan Bəstəkarlar İttifaqında gənc bəstəkarların plenumu keçirilib. Plenum çərçivəsində iki konsert və dəyirmi masa keçirilib. Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə qeyd edib ki, konsert proqramlarında müxtəlif üslubda yazılmış əsərlər səsləndirilib: “İfa olunan əsərləri diqqətlə dinlədik. Orta və parlaq səviyyəli əsərlər oldu. Musiqilər haqqında rəylər müxtəlif ola bilər. Mən sevinclə deyə bilərəm ki, plenumda zəif əsərlər eşitmədik”.
Digər çıxış edənlər də qeyd ediblər ki, ildən-ilə plenumun keyfiyyəti və səviyyəsi artır, hər dəfə yeni adlar və ifaçılar meydana gəlir.
Nəzərə
çatdırılıb ki, gənc bəstəkarlar
plenuma yeni üsullara müraciət etməklə milliliyə
əsaslanan kamera əsərləri təqdim
ediblər. Sonra təqdim edilmiş
əsərlər və ifalar ətrafında
müzakirələr aparılıb.
Mədəniyyət.- 2013.- 17 iyul.-
S. 4.