Lənkəran Dram Teatrında premyera
Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrında
dramaturq Maarif Məmmədovun “Əcnəbi
kürəkən” komediyası
əsasında hazırlanmış
yeni tamaşanın premyerası olub. Əməkdar artist Adil Zeynalovun
quruluş verdiyi əsərdə hadisələr
bizim günlərdə
ucqar dağ kəndlərinin birində
cərəyan edir.
ABŞ vətəndaşı Uilyam
Keytin turist qismində kəndə gəlişi buradakı sakitliyi pozur. Hamı əcnəbinin kəndə
gəlişinin əsas
məqsədini istədiyi
kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını axtarmaqdır.
Tamaşanın quruluşçu rəssamı Tələt
Sadıqov, musiqi tərtibatçısı Fərahim
Fərəcovdur. Baş rolu
gənc aktyor Emin Fərzullayev ifa edir. Digər rollarda Əməkdar artist Sücəddin
Mirzəyev, teatrın
aparıcı aktyorları
Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva,
Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova və başqaları çıxış edirlər.
Mədəniyyət.- 2013.- 17 iyul.- S. 5.