Tailand təcrübəsi

 

Ecazkar nağıllar ölkəsinin Bakıda təqdimatı keçirilib

  

   Tailand Krallığının təşəbbüsü Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi ilə iyulun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar TeatrındaTailand təcrübəsi-2013” adlı mədəni tədbir keçirilib.  

   İştirakçılar əvvəlcə teatrın foyesində Tailandda ənənəvi olan meyvə oyma, çətir rəngləmə, maska düzəltmə, Tai masajı ilə yaxından tanış olublar.

   Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə Tailand arasındakı siyasi, iqtisadi mədəni əlaqələrdən söz açıb. Bildirib ki, əsası 1990-cı illərdə qoyulan bu əlaqələr ötən müddət ərzində daha da genişlənib.

   Tailand xalqının zəngin mədəniyyətə malik olduğunu söyləyən nazir müaviniTailand təcrübəsi-2013”ün Bakıda ilk tədbir olduğunu vurğulayıb gələcəkdə belə mədəni layihələrin davam edəcəyini bildirib.

   Tailand Krallığının Azərbaycandakı səfiri Rathakit Manathat ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrindən söz açıb. Son illər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artdığı qeyd olunub. Diplomat bildirib ki, tədbirin məqsədi Tailandın tarixi-mədəni irsini Azərbaycan ictimaiyyətinə çatdırmaq, o cümlədən xalqlarımız arasında ikitərəfli dostluq əlaqələrinin, mədəni əməkdaşlığın əsasını qoymaq möhkəmləndirməkdir.

   Sonda Tailand rəqs nümunələri nümayiş olunub.

 

Mədəniyyət.- 2013.- 17 iyul.- S. 8.