“Gəzən kitabxana” Lənkəranda

 

   Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilən “Gəzən kitabxana” layihəsi Astara rayonundan sonra Lənkəranda təqdim olunub. Səyyar kitabxana bir həftə ərzində rayon sakinlərinə xidmət göstərəcək. Burada Azərbaycan, rus, ingilis və türk dillərində 5 min ədəd çap və 10 min ədəd elektron kitab toplanıb.

   Mayın 13-dən başlanan aksiya indiyədək Tovuz, Qazax, Quba, Astara rayonlarında həyata keçirilib. “Gəzən kitabxana” iyulun 17-dək lənkəranlı oxuculara xidmət göstərəcək.

 

Mədəniyyət.- 2013.- 17 iyul.- S. 13.