Azərbaycan musiqi rənglərdə

 

   Fransanın Kann şəhərində keçirilən Azərbaycanın mədəniyyət günləri yerli mətbuatda geniş işıqlandırılıb

 

   Xəbər verdiyimiz kimi, iyulun 4-dən 7-dək Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri keçirilib. Avropanın kinematoqrafiya paytaxtı, kurort, festivallar bayramlar şəhəri olan Kannda bu günlər yerli sakinlər turistlərin yaddaşında Azərbaycanla qalıb. Ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin Fransada tanıdılması məqsədilə ötən ilin payızından paytaxt Parislə yanaşı, 16 şəhərdə regionda mədəniyyət layihəsi həyata keçirən Heydər Əliyev Fondu bu dəfə Kannda mədəniyyət, incəsənət ənənələrimizi tanıdan möhtəşəm proqram təqdim etdi. İyulun 4-dən 7-dək lacivərd sahildə Azərbaycanı görmək, hiss etmək mümkün idi.

   Azərbaycan Kanndamədəniyyət tədbirləri yerli mediada - “Le Figaro”, “Diapason”, “Nice-Matin”, “Le Cannois”, “BeauxArtskimi nəşrlərdə, televiziya radio kanallarında işıqlandırılıb.

   Rəngarəng işıqlar canlı musiqi ilə gözəl həmahənglik yaradırdı. Bununla Asiya Avropa arasında yerləşən ölkəyə həsr edilmiş festival açıq elan olundu. Bu özünü təbliğ etməyin gözəl üslubudur” - “Nice-Matinqəzeti Kannda ənənəvi olaraq keçirilən beynəlxalqPirotexnika sənətifestivalında ilk dəfə təmsil olunan Azərbaycanın çıxışını belə təqdim edib.

   Pirotextika sənətifestivalının açılışını edən Bakı atəşfəşanlıq qrupuAzərbaycan musiqi rənglərdəşousu ilə səmada əsrarəngiz mənzərə yaradıb: “Bakı atəşfəşanlıq qrupu Azərbaycan bayrağının rənglərini canlandırdı. Mavi, qırmızı yaşıl zolaqlı bayraq atəşfəşanlıqda yol göstərən ulduz kimi göründü”. Həmin gecə Qara QarayevinYeddi gözəlbaletindən vals, NiyazininRastsimfonik muğamı, Fikrət ƏmirovunŞursimfonik muğamı atəşfəşanlığı müşayiət edərək Avropanın mərkəzində möhtəşəm gecə yaşadıb.

   Festivallar sarayının qarşısında quraşdırılmış Azərbaycana dair plakatları nəzərdən qaçırmaq mümkün deyil. Bu plakatlar Heydər Əliyev Fondu tərəfindən təşkil edilmişQafqazın inciləriadlı layihə ilə əlaqədar quraşdırılıb. Layihənin məqsədi hər bir kəsi Azərbaycan mədəniyyətinin özəllikləri ilə tanış etməkdir. Heydər Əliyev Fondu bütün Fransanı əhatə edən turdan sonra Azərbaycanın mədəni sərvətlərinin nümayiş məkanı Kann şəhəri oldu”, - deyə “Le CannoisqəzetiAzərbaycan şərəf duyarbaşlıqlı məqalədə yazır.

    “Diapason” jurnalı isə diqqəti muğam Azərbaycan ritmlərinə çəkir: “Festivallar sarayı ya Kruazett bulvarının səhnələrindəki silsilə tədbirlər bu ölkənin musiqi ənənələrinin üstünlüyü zənginliyini təcəssüm etdirir. Bu ənənələr sırasında 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilən ölkənin rəmzi sayılan muğam musiqisi yer alıb. Bu musiqi XX əsrin əvvəllərində Azərbaycan klassik bəstəkarlar nəslini yetişdirdi. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov musiqilərini muğamın təsiri altında bəstələmişlər”.

   Fransanın “BeauxArts” nəşrində də Azərbaycan mədəniyyətinin təqdimatına dair məqalə dərc olunub.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 3.