Gəncədə yubiley sərgisi
Gəncədə Azərbaycanın bu qədim şəhərinin
4000 illiyinə həsr
olunmuş sərgi açılıb. Sərgidə qədim xalçalar və metal işləmələr,
Məhsəti Gəncəvinin
rübailərinə çəkilmiş
illüstrasiyalar və
miniatürlər, habelə
Nizami Gəncəvinin
“Xəmsə”sinin əlyazmalarının
sürətləri, arxeoloji
və maddi-mədəniyyət
nümunələri nümayiş
etdirilib.
Nizami Gəncəvi
və Məhsəti Gəncəvinin
yaradıcılıqları ilə bağlı son nəşrlər, ulu
öndər Heydər Əliyevin ictimai-siyasi
fəaliyyətini əks etdirən kitablar
da iştirakçılar tərəfindən
maraqla qarşılanıb. Təqdim olunan 200-dən artıq əl işi
və eksponat Gəncə sənətkarları
və alimlərinin şəhərin 4000 illiyinə töhfəsi
kimi dəyərləndirilib.
Mədəniyyət.- 2013.- 19 iyul.-
S. 3.