“O olmasın, bu olsun” ingilis
dilində
Azərbaycan Dövlət Aqrar
Universitetinin tələbələri
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin “O olmasın,
bu olsun” operettasının tamaşasını
ingilis dilində təqdim ediblər.
Gəncə Dövlət Dram Teatrının səhnəsində
nümayiş olunan əsərə xarici qonaqlar da maraqla
baxıblar. Tələbələrdən Azər Hüseynlinin
ifasında Əsgər,
Günay İsmayılovanın
oynadığı Gülçöhrə
obrazları alqışlarla
qarşılanıb.
Gəncədə turist səfərində olan
amerikalı qonaqlar - Çak
Alton və Ceyn Alton tamaşadan böyük təəssürat
aldıqlarını deyiblər: “Biz bu tamaşa sayəsində
qədim Azərbaycan, onun adət-ənənələri
ilə yaxından tanış olduq.
Ümumiyyətlə, hər bir tələbənin
çıxışı çox maraqlı
idi”.
Mədəniyyət.- 2013.- 19 iyul.-
S. 5.