Ankarada Azərbaycan gecəsi

 

   İyulun 16-da Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi V Beynəlxalq Ramazan şənlikləri çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Ölkəmizin Türkiyədəki səfirliyindən bildiriblər ki, şənliklərin keçirildiyi sahədəAzərbaycan evi”nin açılışı olub.

   Azərbaycan evi”ndə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı əyani təbliğat materialları nümayiş olunmaqla yanaşı, aparılan abadlıq-quruculuq işlərindən bəhs edən fotoşəkillər sərgilənib. Çoxsaylı qonaqlaraİrs-Mirasjurnalı ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.

   Tədbirdə çıxış edən Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Ak, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev Türkiyə Böyük Millət Məclisinin deputatı Feramuz Üstün ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər.

   Daha sonra tədbir iştirakçıları üçün Kərkük türkmənləri musiqi qrupu tərəfindən dini musiqilər səsləndirilib.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 8.