Azərbaycanın ekoturizm potensialı

 

Yeni nəşr ekoturizm sahəsi üzrə mütəxəssislər üçün dəyərli vəsaitdir

  

   «Azərbaycan: ekoturizm potensialı» adlı kitab nəşr olunub. Ölkəmizin ekoturizm potensialı, onun təbiəti, təbii sərvətləri mədəni irsinin tədqiqindən bəhs edən monoqrafik nəşr ölkə Prezidenti tərəfindən 2011-ci ilin Azərbaycanda «Turizm ili» elan edilməsi münasibətilə tərtib edilib. Kitabın redaktoru Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayevdir.

   Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovun, tanınmış ekoloq, «Ekostil-Azərbaycan» Təbiəti Mühafizə İctimai Birliyinin sədri Elman Yusifov, Mahmud Xəlilov Vüqar Kərimovun müəllifliyi ilə hazırlanan kitabda məlumatlar iqtisadi-coğrafi rayonlar inzibati vahidlər əsasında, onların fiziki xəritələri daxil olmaqla verilib. Təbii sərvətlər relyef, geoloji quruluş, səth suları, iqlim, torpaq örtüyü, bioloji müxtəliflik, tarixi-etnoqrafik s. mövzular üzrə qruplaşdırılıb.

   Nəşrdə bir sıra unikal təbiət abidələri, nadir, nəsli kəsilməkdə olan bitki heyvan növləri haqqındakı məlumatlar, onların fotoşəkilləri ilk dəfə olaraq təqdim edilir. Kitabda həmçinin Azərbaycanın zəngin mədəni irsi, tarixi-mədəni abidələri, etnoqrafik xüsusiyyətləri öz əksini tapıb.

   Azərbaycanın təbiəti və təbii sərvətləri, mədəni irsi haqqında sistemli elmi-tədqiqat və informasiya mənbəyi olan bu monoqrafiya ekologiyaekoturizm sahələri üzrə mütəxəssislər, ali məktəb tələbələri, eləcə də bu sahə ilə maraqlananlar üçün dəyərli vəsaitdir. Kitab həmçinin turistlər və geniş oxucu kütləsi üçün də əhəmiyyətlidir.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 9.