Uşaq ədəbiyyatından bəhs edən elektron bazanın təqdimatı

 

   İyulun 18-də “Yayım” Assosiasiyasının “Yeni nəşrlər” jurnal-kataloqunun redaksiya heyətinin təsis etdiyi “Uşaq ədəbiyyatı” buraxılışının və uşaq ədəbiyyatından bəhs edən elektron bazanın təqdimatı olub. Yeni nəşrlər” jurnal-kataloqunun baş redaktoru Yaşar Zeynalov nəfis tərtibatla nəşr olunmuş jurnal-kataloqda və www.yaygm.org internet səhifəsində 120-yə yaxın müəllifin 300-dən çox əsərinin dərc edildiyini bildirib.

   Çıxış edənlər “Uşaq yazarları” bölməsində 10-dan çox uşaq yazıçısı haqqında geniş məlumat və onların yaradıcılıq nümunələrindən seçmələrin maraqla qarşılandığını söyləyiblər. Eyni zamanda, “Uşaq ədəbiyyatı” bölməsində 300-dən çox uşaq ədəbiyyatı nümunəsi və 300-ə yaxın köməkçi dərs vəsaiti haqqında məlumatlar yerləşdirilib.

   Gənc nəslin kitaba marağının artırılması üçün www.yaygm.org elektron bazasının daha da zənginləşdiriləcəyi bildirilib.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 13.