Geoloji tariximizə nəzər

 

   AMEA-nın Geologiya İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Hikmət Mahmudovun yeni çapdan çıxanGeoloji tariximizə nəzərkitabı Azərbaycan geologiya elmi tarixində ilk belə fundamental tədqiqat əsəridir. Kitabda Yer planetinin yaranmasından, Azərbaycanın geoloji inkişaf tarixindən, faydalı qazıntılarından müxtəlif geoloji proseslərdən bəhs edilir. Elmi nəşrin əsas məqsədi Azərbaycan ərazisində yaranan uca dağların, geniş düzənliklərin bu sahələrdə əmələ gələn süxur qatlarının yaranma səbəbləri barədə oxuculara düzgün dolğun məlumat verməkdir.

   Kitabda geologiya elminin müxtəlif sahələri, onların Azərbaycanda öyrənilmə tarixinə dair maraqlı məlumatlar verilir. Zəngin faktiki materiallar əsasında yazılmış əsərdə Yerin tarixi, onun müxtəlif təbəqələrində gedən geoloji proseslər, çoxsaylı dəyişmələr, o cümlədən zəlzələlər, vulkanlar, sürüşmələr, faydalı qazıntılar və onların əmələgəlmə səbəbləri barədə məlumatlar da maraq doğurur.

 

Mədəniyyət.- 2013.- 19 iyul.- S. 15.