“Güney
Azərbaycan mühacirət nəsri”
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mahmizər Mehdibəyovanın “Güney Azərbaycan mühacirət nəsri” (1947-1990-cı illər) monoqrafiyası çapdan çıxıb.
Monoqrafiyada
Cənubi Azərbaycanın mühacirət nəsrinin
yaranması, təşəkkülü və inkişaf
mərhələləri araşdırılır. Kitabda tədqiqata
cəlb olunmuş hekayə, povest və romanların ideya-bədii və sənətkarlıq
məsələləri barədə mülahizələr irəli
sürülür, Cənubi Azərbaycan
mühacirət nəsri çağdaş
Güney Azərbaycan nəsri kontekstində
tədqiq olunaraq qiymətləndirilir.
Mədəniyyət.- 2013.- 19 iyul.-
S. 15.