Hüseyn Cavidin əsərləri
Türkiyədə nəşr olunub
Azərbaycan ədəbiyyatının bənzərsiz söz ustadı, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin yaradıcılığına Türkiyədə də böyük maraq var. Bu günlərdə qardaş ölkədə ilk dəfə müasir türk dilinə uyğunlaşdırılaraq nəşr olunan “Hüseyn Cavidin əsərləri” kitabı buna bariz nümunədir.
Hüseyn Cavidin yaradıcılıq incilərinin toplandığı kitab “Kaspi” qəzetinin və “Kaspi” Təhsil Mərkəzinin təşəbbüsü və maliyyə yardımı ilə işıq üzü görüb. Türkiyənin “Küsena Yayınları”nın nəfis tərtibat və xüsusi zövqlə nəşr etdiyi kitabın tərtibçisi və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Azər Turandır.
Topluda ədibin pyesləri, İstanbulda oxuduğu illərdə
qələmə aldığı əsərlər, eləcə
də müxtəlif vaxtlarda
yazdığı şeirlər yer
alıb. Ümumilikdə 950 səhifədən ibarət olan sanballı kitabda Hüseyn Cavidin bir neçə fotoşəkli də yer alıb.
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 4.