Elektron xidmətlərin təşkili məsələləri müzakirə edilib

 

   İyulun 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin 30 mart 2012-ci il tarixli Kollegiya qərarının icrası istiqamətində şəhər (rayon) mədəniyyət və turizm şöbələri tərəfindən görülən işlər müzakirə edilib.

   Tədbirdə nazirliyin Analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov, Regionlarla sektorunun müdiri Pərviz İsgəndərli çıxış edərək Kollegiya qərarının icrası ilə əlaqədar mədəniyyət və turizm şöbələri tərəfindən görülən işlər barədə məlumat veriblər.

   Qeyd olunub ki, ölkə Prezidentinin 16 yanvar 2013-cü il tarixli sərəncamına əsasən 2013-cü il Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunubbununla bağlı müvafiq tədbirlər planı qəbul edilib. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbirlər planının icrası ilə bağlı şəhər (rayon) mədəniyyət və turizm şöbələri müdirlərinə rəhbərlik etdikləri sahədə informasiya-kommunikasiya texnologiyalarının potensialının gücləndirilməsi istiqamətində konkret tapşırıqlar verib.

   Müşavirədə 33 rayon-şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak edib.

 

Mədəniyyət.- 2013.- 24 iyul.- S. 5.