Xəzər
italyanları gözləyir
“Roma və Bakı ətrafında biznes. Xəzər italyanları gözləyir” - İtaliyada çıxan “Il Pesto Del Carlino” qəzetində dərc olunmuş məqalə belə adlanır. Jurnalist Mateo Nakkari Azərbaycan-İtaliya iqtisadi əlaqələrindən bəhs edir. Müəllif bu əlaqələrdə neft-qaz sektorunun xüsusi yeri olduğunu, Azərbaycanın neft-qaz layihələrində İtaliya şirkətlərinin də yer aldığını vurğulayır.
Məqalədə bildirilir ki, Azərbaycanda neft-qaz sektoru ilə yanaşı, iqtisadiyyatın başqa sahələri də inkişaf edir: “Azərbaycan üçün turizmin, aqrar-sənaye kompleksinin, energetikada innovasiyaların inkişafı ilə birlikdə yeni dövr başlayır”.
Müəllif
ölkənin iqtisadi uğurlarını
təsdiq edən rəqəmləri diqqətə
çatdırır: “Son illər Azərbaycan
iqtisadiyyatına 140 milyard dollar
sərmayə yatırılmışdır. 2012-ci ilin hesablamalarına görə
ÜDM təxminən 70 milyard
dollar təşkil edir.
Üstəgəl infrastrukturun
inkişaf planları:
yollar, aeroportlar, turizmə yatırılan investisiyalar; yeni mehmanxanalar. Bütün bunlara kənd
təsərrüfatının və külək energetikasının inkişafına
yatırılan investisiyaları
əlavə etmək olar”.
Azərbaycan-İtaliya
iqtisadi əlaqələrinə
toxunulan məqalədə
deyilir ki, İtaliya beş
ildir Azərbaycanın
bir nömrəli ticarət tərəfdaşıdır.
2013-cü ilin ikinci rübündə dövriyyənin
həcmi 5,5 milyard avro təşkil
edib. Azərbaycandan İtaliyaya ixrac
23 faizdir. İtaliya
idxal etdiyi neftin 12,8 faizini
ölkəmizdən alır.
“Saipem” şirkətindən
başqa Bakıda və onun ətraflarında
inşaat sahəsində
“Toxin I-Salim”, yaxud “Finmecznica” kimi biznes nəhəngləri təmsil olunub. Neft və qaz hasilatının
təmin edilməsi, xidmət və məsləhətlər, o cümlədən
tikinti və arxitekturada xidmətlər
və məsləhətlər
sahəsində imkanlar
vardır. “Venesiya Dizayn” tunellərin və qalereyaların tikintisində
yerli şirkətlərə
kömək edir.
Məqalədə deyilir: “Hökumət italyanlara
gözəl münasibət bəsləyir. Burada
italyan musiqisini və
filmlərini sevirlər”.
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 7.