Maarifçilik tariximiz yeni nəşrdə

 

   Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) hazırladığı yeni nəşr - “XIX əsr - XX əsrin I yarısı Azərbaycan maarifçiliyi və maarifçiləri” adlı məqalələr toplusu işıq üzü görüb. Toplu ölkəmizdə maarifin inkişafı, görkəmli maarifçilərin fəaliyyətinə dair məqalələrdən ibarətdir. Nəşrdə muzeyin kolleksiyasında qorunan, indiyədək geniş ictimaiyyətə və elmi dairələrə az məlum olan tarixi materiallardan istifadə olunub.

   Toplunun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır. Muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov nəşrə “Ön söz” yazıb. Azərbaycan təhsil tarixinin görkəmli tədqiqatçısı professor Ədalət Tahirzadə müəlliflər kollektivinə əhəmiyyətli kömək göstərib.

   TopluyaMaarif fədaisi Həbib bəy Mahmudbəyov”, “Rəşid bəy Əfəndiyev - maarifçi, yazıçı, pedaqoq”, “Bir daha Mərdəkan bağçılıq məktəbinin tarixi haqqında”, “Azərbaycanda Müqəddəs Nina məktəbinin tarixindən”, “Azərbaycanda qadın maarifçiliyi tarixindən”, “Füyuzat” jurnalında islami maarifçiliyə baxış”, “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif sahəsində tədbirlərinə dair” və s. məqalələr daxil edilib.

 

Mədəniyyət.- 2013.- 24 iyul.- S. 15.