Müasir Azərbaycan şeirindən
nümunələr fars dilində
İranda “Azərbaycan müasir şeirindən nümunələr
(1963-1973)” kitabı fars dilində nəşr
edilib. Şair, tədqiqatçı
alim Hüseyn Məhəmmədzadə
Siddiq (Hüseyn Düzgün) tərəfindən
hazırlanmış kitabda Azərbaycan ədəbiyyatının
müasir simalarının şeirlərindən
seçmələr farsdilli oxuculara təqdim olunur.
Tehranın “Təkderəxt” nəşriyyatında işıq
üzü görən kitabın üz qabığında görkəmli
şairlərimizin, Azərbaycanın tarixi
abidələrinin fotoları yerləşdirilib.
Mədəniyyət.- 2013.- 24 iyul.-
S. 15.