V Qəbələ
Beynəlxalq Musiqi Festivalı
Konsert proqramlarında dünya
klassikasının inciləri
təqdim olunur
“Qafqaz Resort” hotelində kamera musiqisi axşamı
Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq
Musiqi Festivalı çərçivəsində iyulun 25-də kamera musiqisi axşamı olub. Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelinin kamera zalında keçirilən konsertdə
görkəmli Avropa bəstəkarlarının əsərlərindən
parçalar səsləndirilib.
Konsertdə beynəlxalq müsabiqələr
laureatları olan istedadlı gənc pianoçular - P.İ.Çaykovski
adına Moskva Dövlət Konservatoriyasının
nəzdindəki Mərkəzi
Musiqi Məktəbinin
tələbəsi Nazxanım
Dadaşova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Müşfiq Quliyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti İlahə Sadıxzadə,
vokalçı Məhərrəm
Hüseynov, Mustafa Mehmandarov
(skripka), Jalə Əliyeva (violonçel) və “Bakutrio” qrupu çıxış
edib.
Proqramda V.A.Motsartın “Fiqaronun toyu”, “Don Juan” operalarından,
E.Qriqin “Kənd həyatının mənzərələri”,
D.Şostakoviçin “Trio” əsərlərindən
parçalar ifa olunub. Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb.
Dahi italyan bəstəkarının
yubileyinə həsr edilmiş konsert
İyulun 25-də beynəlxalq festival çərçivəsində dahi italyan bəstəkarı
Cüzeppe Verdinin anadan olmasının 200 illiyinə həsr edilmiş yubiley konserti keçirilib.
İtaliyalı dirijor Jder Biqnamininin müşayiəti
ilə təqdim olunan “Viva Verdi” adlı konsertdə Yerusəlim Simfonik Orkestri bəstəkarın əsərlərindən
nümunələri səsləndirib.
İki hissədən ibarət konsertdə məşhur türkiyəli və italiyalı vokalçılar
Burçin Savigne
(soprano), Karmelo Korrado Karuzo (bariton), eləcə də onların azərbaycanlı
həmkarları Yusif Eyvazov (tenor), Səbinə
Əsədova (messo-soprano)
dahi bəstəkarın
əsərlərindən parçalar
ifa ediblər.
Musiqi axşamında Cüzeppe Verdinin “Taleyin gücü”, “Don Karlos”,
“Bal-maskarad”, “Otello”, “Atilla”, “Aida”, “Trubador” operalarından parçalar
təqdim olunub.
Mədəniyyət.- 2013.- 26 iyul.- S. 2.