Amerikalı diplomat Turizm İnstitutunun qonağı olub

 

   ABŞ-ın ölkəmizdəki səfirliyinin birinci katibi Rocer Riqaud Azərbaycan Turizm İnstitutunun qonağı olub.

   Bir il əvvəl ölkəmizdə öz missiyasının icrasına başladığını nəzərə çatdıran diplomat Azərbaycan Turizm İnstitutunun fəaliyyəti ilə maraqlandığını bildirib ali təhsil müəssisəsində kadr hazırlığı istiqamətində görülən işlərdən xəbərdar olmaq istəyini deyib. Qonağın suallarını cavablandıran rektor Cəfər Cəfərov 2006-cı ildən fəaliyyətə başlayan Azərbaycan Turizm İnstitutunun inkişaf strategiyası beynəlxalq əlaqələri haqqında məlumat verib. Rektor xüsusi vurğulayıb ki, 1 fakültə 3 ixtisasla ilk tədris ilinə başlayan ATİ- hazırda bakalavr səviyyəsində 11 ixtisas, habelə magistratura doktorantura mərhələsində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Qeyd olunub ki, 2013/2014-cü tədris ilindən etibarən tədris prosesi 3 fakültədə davam etdiriləcək.

   Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr magistratura səviyyəsində ikili diplom proqramı haqqında ətraflı danışan Cəfər Cəfərov institut məzunlarının müxtəlif turizm müəssisələrində uğurla çalışdığını, bir qisminin isə ölkəmizdə xaricdə təhsillərini davam etdirdiklərini deyib.

   Tanışlıq görüşü zamanı qonağa ATİ əməkdaşlarının AHLEI (Amerika Hotel Təhsili üzrə İnstitut) təlim kurslarında iştirakı barədə məlumat verilib. Rocer Riqaud öz növbəsində ABŞ-ın turizm müəssisələri, ali təhsil ocaqları arasında əməkdaşlıq istiqamətlərində təkliflərin araşdırılacağını diqqətə çatdırıb.

  

   Fəxriyyə

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 4.