Milli Azərbaycan Tarixi
Muzeyində ilin birinci yarısına yekun vurulub
Azərbaycan Milli Elmlər
Akademiyasının Milli
Azərbaycan Tarixi Muzeyində keçirilən
toplantıda ölkə
başçısının müvafiq sərəncamlarının
icrası ilə bağlı 2013-cü ilin
birinci yarısında
görülmüş işlərin
yekunu müzakirə olunub. Ötən müddətdə muzeydə bir sıra mühüm tədbirlər gerçəkləşib.
Ümummilli lider Heydər
Əliyevin 90 illik yubileyi münasibətilə
aprelin 18-19-da “Azərbaycan
tarixinin öyrənilməsində
muzeylərin rolu və problemləri” mövzusunda üçüncü
respublika elmi konfransı keçirilib.
Prezidentin “Əlimərdan
bəy Topçubaşovun
150 illik yubileyinin keçirilməsi haqqında”
2013-cü il 25 fevral tarixli sərəncamının icrası
ilə əlaqədar
mayın 23-də muzeydə
respublika elmi seminarı təşkil olunub.
Azərbaycan Prezidentinin
“Azərbaycanda peşəkar milli
teatrın yaradılmasının 140 illiyi
haqqında” 2013-ci il 1 mart
tarixli sərəncamına müvafiq olaraq muzeyin kolleksiyası əsasında
hazırlanan “Bakının teatr tarixi” kataloqu üzərində
iş aparılıb. Nəşrin
hazırlanması oktyabrda yekunlaşacaq.
Mədəniyyət.- 2013.- 26 iyul.-
S. 4.