Qəbələdə
xalq teatrı yenidən fəaliyyətə
başlayıb
Kollektiv uzun fasilədən sonra ilk
tamaşasını təqdim edib
Qəbələ Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrı uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Xalq teatrının yeni kollektivi ilk dəfə olaraq böyük həcmli tamaşa hazırlayaraq təqdim edib.
Mədəniyyət mərkəzinin səhnəsində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” tamaşası böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.
Səhnə əsərinə 500-dən çox tamaşaçı baxıb və xalq teatrının fəaliyyətini yüksək qiymətləndirib.
Tamaşadan sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev teatrın yaradıcı heyəti ilə görüşüb, onları təbrik edərək uğurlar arzulayıblar.
Nazir müavini Ədalət Vəliyev teatrın kollektivinə yeni səhnə geyimlərinin veriləcəyini və bir neçə nəfərin Bakı teatrlarında təcrübə keçməsi üçün imkan yaradılacağını bildirib.
Görüşdə
məlumat verilib ki, Qəbələdə
xalq teatrı 1964-cü ildə
yaradılıb və müxtəlif vaxtlarda
xırda səhnəciklər nümayiş
etdirib. İlk dəfə
irihəcmli səhnə əsərini təqdim edən xalq teatrının kollektivi
Qəbələdə dram teatrının
formalaşmasına çalışır. Hazırda xalq teatrının aktyor
heyəti 2-si ali, 4-ü orta
ixtisas təhsilli incəsənət işçisi və 9-u həvəskar olmaqla 15 nəfərdən ibarətdir. Kollektiv daha iki tamaşanın təqdimatına
hazırlaşır.
Mədəniyyət.- 2013.- 26 iyul.-
S. 9.