Orta əsrlər sufilik tarixinə dair tədqiqat

 

   AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya Arxeologiya İnstitutunun direktoru, professor Hacı Fəxrəddin SəfərlininNaxçıvanda sufiliklə bağlı mərkəzləradlı yeni monoqrafiyası çapdan çıxıb. “Elm təhsilnəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Məşədixanım Nemət, elmi məsləhətçiləri akademiklər İsmayıl Hacıyev İsa Həbibbəyli, rəyçiləri AMEA-nın müxbir üzvləri Vəli Əliyev Hacı Qadir Qədirzadədir.

   Monoqrafiyada maddi-mədəniyyət nümunələri, epiqrafik abidələr, toponimik digər faktlar əsasında orta əsrlər zamanı Naxçıvan bölgəsində, həmçinin tarixi Naxçıvan ərazisində fəaliyyət göstərmiş sufi mərkəzlərindən bəhs edilir. Beş fəsildən ibarət olan kitabda sufizmin mənşəyi, təşəkkülü, Naxçıvanda yayılmasından söhbət açılır, bəktaşilik, mövləvilik səfəviliyin yayılma arealı təqdim olunur.

   Nəşrdə Əlincəçay, Pir Xamuş, Pir Yaqub, Xudu-Divanə, Şeyx Əbu Səid, Pir Eyvaz, Baba Yaqub, Xanağa, Piri-Süleyman, Piri Baba xanəgahları, İsfəndiyar zaviyəsi, Vənəndçay vadisindəki sufi mərkəzləri haqqında məlumat verilir.

  

   Fariz Yunisli

 

Mədəniyyət.- 2013.- 26 iyul.- S. 12.