“Qarabağ və sülh naminə səs verin”
Azərbaycanlı gənclər Moskvada
kampaniya həyata keçiriblər
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin
Beynəlxalq Forumu
(ASAIF) bu ilin may ayından başladığı
“Qarabağ və sülh naminə səs verin” kampaniyası çərçivəsində
indiyədək 17 ölkədə
insanları sülhə
və birliyə çağıran tədbirlər
təşkil edib. Kampaniyanın əsas məqsədi
beynəlxalq təşkilatların
diqqətini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin günahsız
qurbanlarına yönəltmək
və bu qurumları məcburi şəkildə evlərindən
didərgin salınmış
minlərlə insanın
taleyi barədə düşünməyə vadar
etməkdir.
Növbəti tədbir Rusiyanın
paytaxtı Moskvanın
mərkəzi küçələrindən
birində keçirilib.
Azərbaycanın Ağdam
rayonunun erməni silahlı birləşmələri
tərəfindən işğal
olunmasının (23 iyul
1993-cü il) 20-ci ildönümü ilə əlaqədar keçirilən
tədbirdə tələbələrimiz
Qarabağ, sülh və ədalət üçün öz haqq səslərini dünyaya çatdırıblar.
“Qarabağ
və sülh naminə səs verin” kampaniyasında hər kəs iştirak edə bilər. Daha ətraflı məlumatı
www.voicesforkarabakh.com internet səhifəsindən
almaq olar.
Mədəniyyət.- 2013.- 26 iyul.- S. 15.