Tbilisidə Xalq artisti Siyavuş Aslanın xatirəsi anılıb

 

   Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Xalq artisti, unudulmaz sənətkar Siyavuş Aslanın (1935-2013) xatirə gecəsi keçirilib.

   Gecəni Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının əməkdaşı Hidayət Hüseynov açaraq Siyavuş Aslan yaradıcılığı barədə məlumat verib. Qeyd edib ki, xatirəsini əziz tutduğumuz görkəmli aktyor Azərbaycan teatrkino tarixində öz dəst-xətti olan korifey sənətkarlardandır, belə şəxslər isə həmişəyaşardır.

   Siyavuş Aslanla birlikdə “Yol əhvalatı” filmində (1980) çəkilmiş gürcü aktyoru Vaxtanq Pançulidze sənətkarı xoş sözlərlə yad edib. Bildirib ki, bu tədbir ona 33 il öncəki unudulmaz anları xatırladıb. O, Siyavuş Aslanın böyük aktyor olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə malik şəxsiyyət olduğunu vurğulayıb, onun barəsində keçmiş zamanda danışıldığından təəssüfləndiyini deyib. Aktyor bildirib ki, “Yol əhvalatı” filmində çəkilişə dəvət aldıqda çox həyəcanlandım. Lakin Siyavuş Aslan tanışlığımızın ilk anlarındanca mənə ruh verdi, hər şeyi yerli-yataqlı izah etdi, yaş fərqimiz olmasına baxmayaraq dostlaşdıq.

   Gürcü aktyor Siyavuş Aslanın dünya kinematoqrafiyasının ustası olduğunuonu ömrü boyu unutmayacağını qeyd edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyinin məsul əməkdaşı Şövqi Mehdizadə Siyavuş Aslanın xatirə gecəsinin qurumun həyata keçirdiyi mədəni layihələrdən olduğunu, gələcəkdə də belə tədbirlərin keçiriləcəyini qeyd edib. Bildirilib ki, bu cür tədbirlər Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin inkişafına xidmət edir.

   SondaYol əhvalatıfilmi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2013.- 31 iyul.- S. 3.