Sənət və
idmanın sintezi
Mədəniyyət və Turizm Nazirliyinin və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Qəbələ Mədəniyyət Mərkəzində Koreya Respublikasının Kyunq Hi Universiteti rəqs qrupunun konserti olub.
Tədbirdə “Koreya təəssüratı”, “Rəqs üçün”, “Təbrik rəqsi” və digər maraqlı rəqs nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Daha
sonra Dünya Taekvondo Federasiyasının yığma
komandası üzvlərinin təqdim etdikləri çətin
və həyəcanlı nümunələr
tamaşaçılarda böyük marağa səbəb olub.
Sonda iştirakçılara hədiyyələr
təqdim edilib.
Mədəniyyət.- 2013.- 31 iyul.-
S. 6.