Təbrizdə Azərbaycan
alimlərinin muzeyi
İyulun 27-də Təbriz şəhərində Azərbaycan sənətkarları və alimlərinin muzeyi açılıb. Təbriz Mədəniyyət Evində yaradılmış muzeydə Güney Azərbaycan sənətkarları və alimlərinin 50-dən çox əsəri nümayiş edilir. Açılış mərasimində Güney Azərbaycanın 50 tanınmış aliminin həyatından bəhs edən "Eşq yolunu tanıyanlar" kitabının təqdimatı da keçirilib.
Qeyd
edək ki, muzey
tanınmış tədqiqatçı, Qum
Dini Elmlər Hövzəsinin müəllimi
Adil Mövlayinin uzun illər sərf etdiyi əməyinin
bəhrəsi hesab edilir.
O, bundan əvvəl Ərdəbil Dini Korifeylər Muzeyinin
yaradılmasının təşəbbüskarlarından olub. Onun Qafqazın din xadimləri və şəhid alimlərinin
bioqrafiyasını özündə əks etdirən “Qafqazda elm
dünyasının ulduzları” kitabının Bakıda təqdimatı
keçirilib.
Mədəniyyət.- 2013.- 31 iyul.-
S. 13.