Tarix və mədəni irsə həsr
olunan layihə başa
çatıb
İyulun 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin reallaşdırdığı “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə cari ilin may-iyul aylarını əhatə edən layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verilib.
Sonra İctimai
Birliyin nəşr etdirdiyi
“Tarix və mədəniyyət abidələrinin
mühafizəsi və təbliği: araşdırma, təklif
və tövsiyələr” kitabçası təqdim edilib, “Mədəni irsimizə ictimai
münasibət” adlı videoçarx nümayiş olunub.
Mədəniyyət.- 2013.- 31 iyul.-
S. 13.