Laureatların kamera konserti
İyunun 3-də Azərbaycan Bəstəkarlar İttifaqında
Beynəlxalq Uşaqları
Müdafiə Gününə
həsr olunmuş kamera konserti keçirilib.
Konsertdən əvvəl ittifaqın
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış
edərək Azərbaycan
bəstəkarlarının uşaq musiqisinə həmişə böyük
diqqət yetirdiyini vurğulayıb. Bildirilib ki,
təqdim olunan konsert Azərbaycan Bəstəkarlar İttifaqının
uşaqların yaradıcılıq
imkanlarının üzə
çıxarılması ilə
bağlı həyata
keçirdiyi layihənin
növbəti tədbiridir.
Konsertdə Bakı musiqi
məktəblərinin respublika
və beynəlxalq müsabiqələrin laureatları
olan istedadlı şagirdləri iştirak
ediblər. Sarabəyim
Əmiraslanova (vokal), Günəş Cəfərova
(violin), Elyar Əliyev
(vokal), Tofiqə Axundzadə (piano), Səid
Rəsulov (truba), Nilufər Cəfərli
(piano), Mehdi Mehdiyev (trombon), Dilbər Məmmədova (piano), Kamran
Talıblı (fleyta),
Məryəm Vəliyeva
(piano), Atabəy İsmayılovun
(tar) çıxış etdiyi
konsert böyük maraqla qarşılanıb.
Konsertdən sonra
bəzi ifaçılara Bəstəkarlar
İttifaqının fəxri diplomları təqdim olunub.
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 3.