“Sülh kuboku” bilik
yarışması
İyunun 5-6-da
Azərbaycanlı Tələbələrin İnkişaf
Koalisiyası (CASE) və “Biz İnkişaf Zamanındayıq”
(BİZ) İctimai Birliyinin təşkilatçılığı,
Azərbaycan Gənclər Fondu, Prezident yanında QHT-lərə
Dövlət Dəstəyi Şurası, ABŞ-ın ölkəmizdəki
səfirliyinin, “Altro” agentliyi və “Nar Mobile” şirkətinin
dəstəyi ilə “Sülh kuboku” adlı bilik
yarışması keçirilib. Respublikanın 9 bölgəsindən
olan məktəblilər və amerikalı sülhməramlı
korpus könüllüləri arasında Azərbaycan və
ingilis dillərində gerçəkləşən bilik
yarışmasının sualları Azərbaycan və ABŞ
mədəniyyəti, tarixi, coğrafiyası və ölkələrarası
münasibətləri əhatə edirdi. Müsabiqənin nəticələrinə
görə, I yeri Şəki, II və III yerləri Tovuz və
Siyəzən komandaları tutub. Mükafatlandırma mərasimində
çıxış edən ABŞ-ın Azərbaycandakı
səfirinin xanımı Faith Morninqstar bu cür layihələrin
ölkələrarası münasibətlərə töhfə
verdiyini bildirib.
Mədəniyyət.-
2013.- 12 iyun.- S. 12.