Qəbələdə
mədəniyyət işçiləri üçün
dəyirmi masa
Mayın 23-də Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzi Qəbələ
rayonunda dəyirmi masa təşkil edib.
Mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov tədbiri açaraq Prezident İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" barədə danışıb. Tədbirin Milli Fəaliyyət Planının müvafiq bəndinin icrası ilə bağlı təşkil edildiyini bildirib. Direktor “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunla bağlı məruzə ilə çıxış edib.
Dəyirmi
masada Qafqaz Universitetinin əməkdaşı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Zəminə
Axundovanın “Mədəniyyət mərkəzlərinin fəaliyyət
istiqamətləri və qeyri-maddi mədəni
irsin qorunması təcrübəsi”, Mədəniyyət
Müəssisələri İşçilərinin
Hazırlıq və İxtisasartırma Mərkəzinin
direktor müavini Nəzakət
Rəhmanovanın “Dövlət qulluqçularının etik davranış məsələlərinin həllində
nitq mədəniyyətinin rolu”, mərkəzin informasiya-kommunikasiya
və elmi təminat şöbəsinin müdiri Ruhiyyə Namazovanın innovasiya və şəffaflığın
artırılmasında elektron xidmətlərdən
istifadə mexanizmləri barədə məruzələri dinlənilib,
mövzu ilə bağlı müzakirələr
aparılıb.
Mədəniyyət.- 2013.- 5 iyun.-
S. 15.