Mədəniyyət
və İncəsənət Universiteti tələbələrinin
hesabat konserti
İyunun 6-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakültəsinin xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının illik hesabat konserti olub.
Prezident İlham Əliyevin universitetin 90 illik yubileyi ilə bağlı müvafiq sərəncamına əsasən, bir sıra tədbirlər keçirilməkdədir. Hesabat konserti də həmin kütləvi tədbirlər sırasına daxildir.
Konsertin bədii rəhbəri və quruluşçu rejissoru, xoreoqrafiya sənəti və səhnə plastikası kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ofeliya Zeynalovadır.
Konsertdə tələbələrin
və “Qız qalası” uşaq rəqs ansamblının
ifasında “Qazağı”, “Yallı”, “Azərbaycan”
süitası, “Vals”, “Qıtqılıda”, “Yağış”,
“Qopaq”, “Şalaxo”, “Qaraçı”, “Ça-Ça-Ça”,
“Hip-hop”, “Qaradəniz” rəqsləri, “Yuxu” və “Dəniz”
xoreoqrafik kompozisiyaları təqdim edilib.
Tamaşaçılar bir-birindən rəngarəng rəqsləri
alqışlarla qarşılayıblar.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 2.